Cəlilabadda 20 yaşlı qadını əqrəb sancdı

Cəlilabadda bədbəxt hadisə baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Boyxanlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 20 yaşlı Nahidə Mənsimova örüş sahəsində təsərrüfat işləri ilə məşğul olarkən əqrəb onun ayaq nahiyəsindən sancıb. Qadın əvvəlcə buna  əhəmiyyət verməsə də, bir müddət keçəndən sonra ayağında keyləşmə hiss edib.

 

Yaxınları dərhal onu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Burada ona zəhər əleyhinə zərdab vurulub. Hazırda xəstənin vəziyyəti orta-ağır 

Müəllif | Apa.Tv
Apa.tv