Lənkəranda 8 yaşlı qızı maşın vurdu
Lənkəranda 8 yaşlı piyadanı maşın vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 12.30 radələrində şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 1960-cı il təvəllüdlü Rəfail Mirzəli oğlu Rzayevin idarə etdiyi "VAZ-21015" markalı, 90 NG 068 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən şəhər sakini, 2008-ci il təvəllüdlü Zəhra Müşfiq qızı Teymurlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 yaşlı qızı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və dərhal həkim nəzarətinə götürülüb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.