Ağdam, Bərdə və Tərtərə leysan və dolu yağdı

Ağdam, Bərdə və Tərtər rayonlarına güclü leysan və dolu yağıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yağıntı biçilməmiş zəmilərə, məhsul altında olan digər əkin sahələrinə, bostan və tərəvəz məhsullarına ciddi ziyan vurub.

 

Yerli sakinlərin sözlərinə görə, meyvəçilik təsərrüfatları da zərərsiz ötüşməyib. Əhalisinin əksəriyyəti əkinçiliklə məşğul olan bölgədə son günlər müşahidə edilən qeyri-sabit hava şəraiti əkin altında olan sahələrdə məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olub.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Ağdamın cəbhəyanı yaşayış məntəqələrinə düşən güclü dolu rayonun Çəmənli, Əhmədağalı, Qaradağlı, Zəngişallı və Əfətli kəndlərində fərdi və özəl təsərrüfatlara xeyli zərər vurmuşdu.

 

Müəllif | Apa.Tv
Apa.tv