Separatçı rejimin "parlament"inin deputatı amansızlıqla döyüldü
Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin yaratdığı qondarma "parlament"in deputatı döyülüb.
APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, Xankəndində amansızlıqla döyülən "deputat" Ayk Xanımyanı xəstəxanaya çatdırılıb.
Onun həyat yoldaşı qeyd edib ki, əri heç vaxt keç kəs tərəfindən hədələnməyib və evdən çıxarkən əhvalı yerində olub.
Xatırladaq ki, Xanımyan bir neçə dəfə partiyadaşları ilə separatçı rejimin iqamətgahı qarşısında etiraz aksiyalarında iştirak edib və Samvel Bbayanın "DQR"-in müdafiə naziri təyin edilməsini tələb edib.