SSRİ-də“Vətən xaini” elan edilən əfsanəvi şahmatçı dünyasını dəyişdi

Məşhur şahmatçı Viktor Korçnoy 86 yaşında dünyasını dəyişib.

 

4 dəfə (1960, 1962, 1964, 1970) SSRİ çempionu olan Korçnoy 5 dəfə Avropanın ən güclüsü adını qazanıb. 1978 və 1982-ci illərdə dünya çempionu adını uğrunda Anatoli Karpovla görüşlərdən məğlub ayrılıb. SSRİ yığmasının heyətində 6 dəfə Şahmat Olimpiadasının, 100-dək beynəlxalq turnirin qalibi olub.

 

Viktor Korçnoy 1976-cı ilin yayında Amsterdamda təşkil olunan turnirdən sonra SSRİ-yə qayıtmaq istəməyib və əvəzində İsveçrəyə köçüb. 28 il sonra İsveçrə vətəndaşlığı alan mərhum qrossmeyster bu ölkənin yığmasının heyətində də 10 dəfə Şahmat Olimpiadasına qatılıb.

 

Şahmatçı mühacirətə getdikdən sonra SSRİ-də “Vətən xaini” adlandırılıb, ailəsinin ölkədən çıxmasına icazə verilməyib.

 

1990-cı ildə digər dissidentlər kimi Viktor Korçnoyun da üzərindən “Vətən xaini” damğası götürülüb. Ona Rusiyaya qayıtmaq təklif edilsə də, Viktor Korçnoy bundan qəti şəkildə imtina edib.

 

Müəllif | Apa.Tv