Dövlət başçısı Berlində Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

 

APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulanıb. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib.

 

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv