Qax rayonunda tövlə yandı

Qax rayonunda yanğın hadisəsi olub. APA TV-nin xəbərinə görə, hadisə Qax-Şəki yolunun sağ hissəsində,  Qaxbaşı kəndində rayon sakini Araz Məmmədovun icarəyə götürərək işlətdiyi mal-qara fermasının gözətçi otağında baş verilib. Hadisə yerinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hadisə nəticəsində ümumi sahəsi 63 kv/m olan 3 otaqdan ibarət gözətçi otağının yanar konstruksiyaları və içindəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğının genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Yanğının gözətçixanada olan odun sobasından düşdüyü ehtimal olunur.  Faktla bağlı Fövqəladə Hallar Nazirliyi Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov