Terror hücumları neftin qiymətini bahalaşdırdı

Dünyanın aparıcı birjalarında “Brent” markalı neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində neftin qiyməti növbəti yarımillik rekord müəyyənləşdirərək 50,75 dollara çatıb.

 

Neftin bahalaşmasına Nigeriyanın neft infrastrukturuna üç ardıcıl terror hücumu səbəb olub. Nigeriya terrorçuları ölkənin neft yataqlarında hasilatı tam dayandırmaq niyyətində olduqlarını açıqlayıblar.

 

Bundan başqa, "ExxonMobil" şirkətinin Los-Anceles yaxınlığındakı neft emalı zavodunda kəmərlərin işində problem yaranıb. Nigeriya, Kanada, Fransa və Venesueladan neft nəqlində yaranan problemlər qiymətlərin bahalaşmasına ciddi təsir göstərib.

 

Hazırda “Brent” nefti alıcılara 50,46 dollardan təklif olunur, gün ərzində qiymətlərin bahalaşacağı gözlənilir.

 

Qərib Texas neftinin qiyməti də 50 dollara yaxınlaşmaqdadır. WTİ markalı neft səhər seanslarında 49,64 dollardan satılır.

 

Xatırladaq ki, bu gün ABŞ-ın xam neft ehtiyatlarının həcminə dair növbəti hesabat açıqlanacaq. Ekspertlər ehtiyatların həcminin azalacağını proqnozlaşdırırlar. Əgər proqnozlar özünü doğruldarsa, neftin qiyməti bir qədər də bahalaşa bilər. 

Müəllif | Apa.Tv
Apa.tv