Bakıda vətəndaşa qarşı 174 min dollarlıq dələduzluq edilib
Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Anar Qabil oğlu Nəsibov polisə müraciət edərək, Sənan adlı şəxsin onu aldatmaqla 174 min ABŞ dollarını aldığını bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.