Kürdəmirdə maşın inəkləri vurdu, sürücü yaralandı

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 202-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində qeydə alınıb.

 

Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Bəhruz Nihat oğlu Abdullayev idarə etdiyi "BMW" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına 2 baş inək heyvanı çıxıb. İdarəetmədən çıxan avtomobil inəkləri vurub. Yoldan çıxan avtomobil əzilib, sürücü xəsarət alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Apa.tv