İstifadə qaydalarını başa düşmədiyimiz preparatlar...

Ölkədə satılan dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilinə tərcüməsi məcburidir. Bu məsələ texniki tərəfdən həll olunsa da, vərəqələrin tərcüməsində ciddi qüsurlar mövcuddur.

 

Azərbaycan dili ilə bağlı dövlət proqramının icrası üzrə işçi qrupunun sədr müavini professor Həbib Zərbəliyev APA TV-yə deyir ki, bir istehlakçı kimi o, da tərcümələrdə qüsurlar görür. Dövlət proqramında təkcə dərman preparatlarında deyil, ümumiyyətlə ölkəyə idxal olunan malların etiketlərində və adlarında istehlakçı üçün Azərbayacan dilində zəruri məlumatların olmasını təmin edən təkliflər hazilanması nəzərdə tutulub. Bu iş isə bir sıra məsul qurumlara İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

 

Həbib Zərbəliyev deyir ki, bu vaxta kimi bu qüsurları aradan qaldırmaq üçün sadaladığı qurumlardan  AMEA-nın dilçilik universitetinə heç bir təklif gəlməyib.

 

Həbib müəllim onu da qeyd etdi ki, bu qurumlardan təkliflər gəlsə tərcümələri yoxlayıb monitorinqini keçirdikdən sonra konkret təkliflər hazırlamaq mümkündür.

 

Bundan başqa, professor bildirdi ki, əgər bu qurumların heç birindən təklif gəlməsə belə, onlar dövlət proqramında nəzərdə tutulduğu kimi Azərbaycan dilinin istifadə olunduğu butun sahələrə nəzarət etməli və monitorinqlər aparmalıdırlar.

 

Adı çəkilən qurumların mətbuat katibləri ilə əlaqə saxladıq. Qeyd etdilər ki, onlar yalnız ölkəyə idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olunmasına nəzarət edirlər. Tərcümə məsələsinə isə  Səhiyyə Naziliyinin müvafiq qurumu nəzarət edir.

 

Səhiyyə Naziliyi ilə əlaqə yaratmağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. Səhiyyə Nazirliyindən heç bir kəs bu barədə danışmaq istəmədi.

Müəllif | Apa.Tv
Almaz Qasımova