Hava şəraiti dəyişir: leysan yağacaq, temperatur aşağı düşəcək
İyunun 8-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 23-26 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.
İyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.