Qurban bayramı ərəfəsində Lənkəranda ət kəsiminə, mal-qaranın satışına nəzarət gücləndirilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, əhalinin ətə olan tələbatının artmasını nəzərə alan Rayon Baytarlıq İdarəsinin əməkdaşları satış məntəqələrində və mərkəzi bazarda mütəmadi reydlərə başlayıblar. Məqsəd ətin yararlılıq keyfiyyətinə nəzarət etmək, vətəndaşlara mənşəyi məlum olmayan, xəstə və yararsız ət satılması hallarının qarşısını almaqdır. Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Rövşən Əliyevin sözlərinə görə, hələlik rayonda hər hansı xəstə mal-qaranın kəsimi və satışı faktı qeydə alınmayıb.
İdarə rəisinin sözlərinə görə, vətəndaşlar aldıqları ətin keyfiyyətindən əmin olmaq üçün rənginə və qoxusuna diqqət yetirəməlidir. Rayonda fəaliyyət göstərən 9 baytarlıq məntəqəsinin hamısı ciddi iş rejiminə keçib, bazarlarda diri satılan heyvanlara nəzarət gücləndirilib.