Eyvanında çətənə kolları yetişdirən Şirvan sakini tutuldu

Şirvan sakini evində narkotik tərkibli çətənə kolları yetişdirdiyinə görə polis tərəfindən saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü Anar Yavər oğlu Qambayev yaşadığı 11 May küçəsi 6, mənzil 45 ünvanında yerləşən mənzilin (fərdi yaşayış tipli) eyvanında çətənə kolları becərdiyinə görə Şirvan polisi tərəfindən saxlanılıb.

 

Bəlli olub ki, adı çəkilən şəxs 26 dibçəkdə olmaqla 30 kol narkotik tərkibli çətənə kollarını xüsusi qulluq göstərməklə aqrotexniki qaydada becərib.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv