Neft bahalaşmaqda davam edir
Dünyanın aparıcı birjalarında “Brent” markalı neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, səhər seanslarında neftin qiyməti növbəti yarımillik rekord müəyyənləşdirərək 51,52 dollara çatıb.
Qərbi Texas neftinin qiyməti də bahalaşaraq 50 dolları keçib. WTİ markalı neft səhər seanslarında 50,51 dollardan satılır.
Xatırladaq ki, ötən gün ABŞ-ın xam neft ehtiyatlarının həcminə dair növbəti hesabat açıqlayıb. Hesabata görə, ehtiyatların həcmi azalıb. Bu, neftin qiymətinin bahalaşmasına təsir edən amillərdən biridir. Eyni zamanda Nigeriyanın neft infrastrukturuna üç ardıcıl terror hücumunun baş verməsi və "ExxonMobil" şirkətinin Los-Anceles yaxınlığındakı neft emalı zavodunda kəmərlərin işində problemlərin yaranması? Nigeriya, Kanada, Fransa və Venesueladan neft nəqlində yaranan problemlər qiymətlərin bahalaşmasına ciddi təsir göstərir.