İrəvanın mərkəzində qəza: 5 hərbçi yaralandı

Ötən gün axşam saatlarında İrəvanın mərkəzində 5 erməni hərbçinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, içərisində sürücü ilə birlikdə 5 hərbçinin olduğu “UAZ” markalı avtomobil “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində “UAZ”-da olan hərbçilərin hamısı və “Hyundai” markalı avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Xəsarət alanlardan “UAZ”-ın sürücüsünün vəziyyəti ağırdır. 

Müəllif | Apa.Tv
Apa.tv