Türkiyə ermənilərinin patriarxı: "Bundestaqın qərarından üzüldük"
Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyan Almaniya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnamə qəbul etməsindən üzüldüyünü bildirib.
APA TV-nin "Sabah" qəzetinə istinadən xəbərinə görə, Atəşyan bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda bildirib.
Məktubda qeyd olunur ki, qəbul olunan qərar onlarda üzüntü yaradıb. "Türkiyə erməniləri olaraq bu üzüntünü paylaşdığımızı ali məqamınıza ərz edirik. Erməni millətinin tarix səhifəsindəki acısı beynəlxalq siyasət platformasında Türkiyəni və türk xalqını günahlandırmaq üçün bir vasitə olaraq istifadə olunur və Türkiyənin erməni toplumunun yara almasına səbəb olmaqdadır. Ermənilər imperialist qüvvələr tərəfindən necə istifadə olunduğunu bilir".
Məktub Türkiyə Erməni Patriarxlığının "Facebook" səhifəsində paylaşılıb.