Türkiyə Polşada keçirilən NATO təlimlərinə qatılmaq qərarı verdi
Türkiyə NATO-nun Polşada keçirilən "Anakonda - 2016" hərbi təlimlərinə qatılır. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu adı çəkilən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiqləyib.
Polşada keçirilən təlimlər 3 min hərbi texnika, o cümlədən 105 təyyarə və helikopter, o cümlədən 12 gəminin iştirakı ilə keçirilir.
Türkiyənin təlimlərə nə qədər hərbçi və hərbi texnika ilə qatılacağı barədə məlumat verilmir.
Xatırladaq ki, "Anakonda" adı altında baş tutan təlimlər iki ildən bir keçirilir. Bu il Polşanın Torun şəhəri yaxınlığında keçirilən hərbi təlimlərdə polşalılarla yanaşı, ABŞ və Böyük Britaniya hərbçiləri də iştirak edir. Rəsmi Varşava iyunun 6-dan 17-dək keçirilən təlimlərdən məqsədin müdafiə xarakterli olduğunu açıqlayıb.