"Traktor Sazi" erməni futbolçudan imtina etdi

Təbrizin "Traktor Sazi" futbol klubu erməni futbolçu Varazdat Aronyanın xidmətindən imtina edib. APA TV-nin məlumatına görə, erməni tərəfi bunun azərbaycanlı və türkiyəli tərəfdarların təzyiqi altında baş verdiyini iddia edirlər.

Ermənistanın "Alaşkert" klubunun qapıçısı, ötən il Təbriz komandasında çıxış edən Gevorq Kasparov ölkəsinin milisinin şərəfini qoruyan 24 yaşlı Varazdat Aronyanın siyasi sifarişlə klubdan kənarlaşdırıldığını bildirib.

Xatırladaq ki, Aroyanın "Traktor Sazi"yə transfer olunacağı bildirilirdi. Bu yaxınlarda Təbriz klubunun rəhbərliyi bu transferdən vaz keçdiklərini bəyan edib.

Gevorq Kasparov bildirib ki, tərəfdarların bu təzyiqləri "aprel müharibəsi" ilə bağlı ola bilər.

"Təbrizdə həmin vaxtlar narazılıqlar əmələ gəlmişdi. Tehran isə bunun qarşısını almağa çalışırdı", - deyə o əlavə edib.
Aroyanın isə hazırda İranın başqa bir klubuna transfer edildiyi deyilir.

 

Müəllif | Apa.Tv
Apa.tv