İŞİD: "Növbəti hədəfimiz Misir piramidaları olacaq"

İŞİD təhdid dolu növbəti videosunu yayımlayıb.

 

APA TV-nin "Lenta.ru"ya istinadən xəbərinə görə, yayılan videomaterialda qruplaşma üzvü olan terrorçu Misir hökumətini ölkədəki tarixi yerləri, o cümlədən piramidaları partlatmaqla hədələyib.

 

Müraciətin ardınca cihadçıların İraqın Nimrud şəhərində yerləşən Nəbu məbədini necə partlatdıqlarını əks etdirən kadrlar nümayiş olunub.

 

Növbəti kadrlarda isə Giza və Sfinks piramidaları görüntüyə gəlib, terrorçu sözügedən piramidaların yaxın zamanda dağıdılacağı bildirir.

 

Qeyd edək ki, ötən ilin avqustunda Suriyanın Palmira şəhərinin işğalı zamanı terrorçular iki qədim məbədi yerlə yeksan ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv