Nazarbayev: "Ölkədə "rəngli inqilablar"ın təzahürü hiss olunur"
"Qazaxıstanda "rəngli inqilablar"ın təzahürləri hiss olunur". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə ölkə prezidenti Nursultan Nazarbayev çıxış edib.
"Biz belə inqilabların hakimiyyətin ələ keçirilməsi məqsədilə müxtəlif metodlarla - mitinqlərlə, qətllərlə başladığını yaxşı bilirik. Bu təzahürlər artıq ölkədə hiss olunmağa başlayıb", - deyə o, əlavə edib.
Nazarbayev qeyd edib ki, iqtidarın liberal siyasəti və qanunlarından kimlərsə istifadə etməyə çalışır, onlar sanki dövlətin möhkəmliyini yoxlamaq istəyirlər: "Biz ən sərt addımları ata bilərik. Qoy ekstermistlər və terrorçular bundan əmiin olsunlar".
Dövlət başçısı qeyd edib ki, ölkənin qərbindəki Aktobe şəhərində baş verən hadisələr xaricdən idarə olunub.