Lənkəranda axtarışda olan şəxsin həyətində çətənə kolları aşkarlandı
Lənkəran polisi axtarışda olan rayon sakininin həyətyanı sahəsindən xeyli sayda narkotik xassəli çətənə kolu aşkarlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Digah kənd sakini, 34 yaşlı Anar Xubəli oğlu Məmmədova məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilib.
Baxış zamanı ordan aqrotexniki qaydada becərilmiş 274 ədəd çətənə kolu aşkarlanıb. Saxlanılan Anar Məmmədovun üzərindən isə 1 kiloqram qurudulmuş marixuana və 1 ədəd ov tapılıb.
Araşdırmalardan Anar Məmmədovun əvvəllər məhkum olunduğu, sonuncu cinayət əməlini törətdikdən sonra istintaqdan yayınaraq axtarışa verildiyi müəyyənləşdirilib. Çətənə kolları, marixuana və ov tüfəngi maddi sübut kimi götürülüb. Anar Məmmədov isə istintaqa cəlb olunub.
İstintaq verdiyi ilkin ifadəsində saxlanılan şəxs çətənə kollarını ehtiyacı olduğu üçün əkdiyini, silahı isə özünü qorumaq məqsədilə saxladığını bildirib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.