Balakəndə dəhşət: avtomobil 6 yaşlı uşağın üstündən keçdi
Balakəndə avtomobil 6 yaşlı oğlanın üstündən keçib. APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Balakən rayonunun Talalar kənd sakini Loğman Süleyman oğlu Məmmədov idarə etdiyi 90 DP 040 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə qəfildən atasının əlindən qaçıb yolu keçmək istəyən rayonun Kortala kənd sakini, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.
Cəsəd uşağın atası və sürücü tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan APA TV-yə bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.