Ermənistanda iki əsgər seldə boğuldu
Ermənistanda sel nəticəsində iki hərbçi ölüb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan İstintaq Komitəsindən bildiriblər ki, hadisə gecə saatlarında baş verib.
Vardan Qrmadjyanın meyiti yerli vaxtla saat 05:45-də, Armen Kazaryanın meyiti isə saat 09.30-da aşkarlanıb.