Mariya Şarapova tennisdən uzaqlaşdırıldı

Rusiyalı tennisçi Mariya Şarapova iki illik diskvalifikasiya edilib. APA TV-nin məlumatına görə, bunu Beynəlxalq Tennis Federasiyası bəyan edib.

 

Məşhur tennisçinin yarışlardan uzaqlaşdırılmasına dopinq əleyhinə qaydaları pozması səbəb olub.

 

Mariya Şarapova qərarla razılaşmayıb. O, Facebook-da yazıb ki, dərhal İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.

 

Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı il yanvarın 26-dan hesablanır. O, 2018-ci il yanvarın 26-da analizlərdən sonra yenidən tennisə qayıda biləcək.

 

Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Tennisçi mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb.

Müəllif | Apa.Tv