Moskvada azərbaycanlıların kafesinə basqının təfərrüatları - REAL KAMERA GÖRÜNTÜLƏRİ
Moskvada azərbaycanlılara məxsus “Priçal” kafesinə silahlı basqın olub. APA TV-nin məlumatına görə, hadisə Moskvanın cənub-şərqində, Bratyevo rayonunda baş verib. Basqın zamanı kafenin zallarından birində toy mərasimi keçirilirmiş. Polis videomüşahidə kameralarından götürülmüş görüntülər əsasında baş verən hadisənin təfərrüatlarını müəyyənləşdirə bilib. Silahlı basqının qafqazlılar tərəfindən edildiyi bildirilir. Basqın zamanı döyülən, əl və baş nahiyəsindən yaralanan şəxsin də milliyyətcə azərbaycanlı olduğu, kafedə inzibatçı işlədiyi qeyd olunur.
Kamera görüntülərindən məlum olur ki, kafeyə soxulan onlarla şəxs inzibatçını tutaraq döyməyə başlayır və ondan hansısa məlumatı tələb edirlər. Basqın edənlərin konkret şəxsi axtardığı güman edilir. Həmin adamı tapa bilməyən basqınçılar ətrafda hər şeyi dağıtmağa, zaldakı adamları qorxutmağa başlayıblar. Daha sonra havaya bir neçə dəfə atəş açılıb. Kafeyə soxulanlar daha sonra ağ rəngli “VAZ-2114”, qara rəngli “Lada-Priora” və “Mersedes-ML” markalı maşınlarla hadisə yerini tərk ediblər. Döyülən azərbaycanlı inzibatçı tibbi yardım üçün xəstəxanaya getməkdən imtina edib. Kafenin sahibi isə silahlı şəxslərin kafeyə basqın etməsinin səbəblərini bilmədiyini deyib. Faktla bağlı araşdırma aparılır.