Müşfiqabadda söyüş üstündə dava düşdü: bıçaqlanan var

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qanlı hadisə rayonun Müşfiqabad qəsəbəsində törədilib.

 

Qəsəbə sakini, 45 yaşlı Ağayar Gülayar oğlu Talıbov yaşadığı evin qarşısına çıxarkən tanımadığı bir nəfərin yüksək səslə və söyüşlə danışdığını görüb. Ağayar Talıbov ona yaxınlaşaraq iradını bildirib.

 

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı naməlum şəxs üzərində gəzdirdiyi bıçaqla Ağayar Talıbova bir zərbə endirib, daha sonra isə hadisə yerindən qaçıb. Yaralı qonşuları tərəfindən çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

 

Həkimlər əməliyyat olunan Ağayar Talıbovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

 

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv