Samarada 13 nəfərin diri-diri yandığı qəzanı törətmiş SÜRÜCÜ HƏBS OLUNUB
Samarada 13 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən qəzanı törətmiş mokroavtobusun sürücüsü həbs olunub. APA TV-nin məlumatına görə, hüquq mühafizə orqanları araşdırma zamanı qəzanın yanan mikroavtobusdan sağ çıxmış sürücünün günahı ucbatından baş verdiyini müəyyənləşdiriblər. “Toyota” markalı mikroavtobusun sürücünün bundan əvvəl yol hərəkət qaydalarını kobud şəkildə pozduğuna görə 14 dəfə, sürət həddini keçdiyinə görə 9 dəfə, qarşı yola çıxdğına görə 1 dəfə inzibati məsuliyyətə cəlb olunduğu bildirilir.
Artıq toqquşmadan sonra yol kənarına yuvarlanan mikroavtobusun qəfil alışmasının səbəbi də dəqiqləşib. Ekspertiza mikroavtobusun maye qaz balonu ilə işlədiyini, zərbə anında qaz balonunun partladığını, nəticədə güclü yanğın baş verdiyini aydınlaşdırıb.
13 nəfərin ölümü ilə nəticələnən qəza Bolşeçerniqov rayonunda qeydə alınıb. Ölənlər arasında bir Azərbaycan vətəndaşı da var. Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.