ABŞ-dan Rusiyaya güc nümayişi: "Harri Trumen" Aralıq dənizində!

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Harri Trumen" aviadaşıyıcısı Aralıq dənizinə daxil olub. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, məqsəd Vaşinqtonun Rusiyaya imkanlarını nümayiş etdirməsidir.

Admiral Bret Batçelder bəyan edib ki, onların bu addımı həm də NATO-dakı müttəfiqlərini ABŞ-ın Aralıq dənizində güc balansına nəzarət etdiyinə əmin etməkdir.

"Orda bizi kimlərinsə izlədiyini təkzib etmirik. Biz yalnız nəyə qadir olduğumuzu göstərmək niyyətindəyik", - deyə o əlavə edib.


Pentaqondan da "Harri Trumen"in bölgəyə məqsədli şəkildə göndərildiyi bildirilib. Bununla yanaşı o da qeyd olunub ki, aviadaşıyıcının həm də rusların gücünü yoxlamaq tapşırığı var.
 

Xatırladaq ki, 6 gün əvvəl "Harri Trumen"in göyərtəsindən havalanan qırıcılar əməliyyata da qatılıblar. Təyyarələr İŞİD mövqelərini bombalayıblar.
 

Müəllif | Apa.Tv
Apa.tv