Xidaşeli: "Avropanın enerji təhlükəsizliyindəki rolumuz Rusiyanı qıcıqlandırır"

"Gürcüstanın Avropa üzərindən alternativ enerji mənbələri ilə təminatı imkanları Rusiyanı narahat edir". APA TV-nin Gürcüstan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri ölkənin müdafirə naziri Tinatin Xidaşeli səsləndirib.

O deyib ki, Rusiyanı qıcıqlandıran əsas səbəb NATO-nun genişlənməsi olsa da, məsələ yalnız bununla bitmir. Nazir bildirib ki, Rusiyanın narahatlığına əsas səbəb hazırda Avropada aktiv şəkildə müzakirə edilən və enerji daşıyıcılarının diversifikasiyası məsələsinin də daxil olduğu enerji təhlükəsizliyi problemləridir.

"Başqa bir tərəfdən, Gürcüstan Avropanı alternativ enerji mənbələri ilə təmin etməyə imkan verəcək əlverişli coğrafi mövqedə yerləşir ki, bu da Rusiyanı vahid enerji təchizatı məsələlərindən kənarda qoyur" - deyə, Tinatin Xidaşeli vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv