Teleaparıcı İlham Mirzəyev azadlığa buraxılıb
Həbsdə olan teleaparıcı İlham Mirzəyev azadlığa buraxılıb. APA-nın məlumatına görə, məhkəmə onun vaxtından əvvəl azadlığa buraxılmaq barədə müraciətini təmin edib.
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İlham Mirzəyevin şikayətinə aidiyyəti üzrə Xəzər rayon Məhkəməsində baxılıb. Məhkəmə onun şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.
İlham Mirzəyev mayın 19-da müalicə olunduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən azadlığa buraxılıb.
Penitensiar Xidmətdən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, İlham Mirzəyev 2014-cü ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.