İtkin düşən şəxsin anası: "Sonuncu dəfə gizli nömrədən zəng vurdu"

Qazax rayon sakini itkin düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, mart ayından bəri rayonun Daş Salahlı kənd sakini, 26 yaşlı Amil Nəsibovdan xəbər yoxdur.

 

Anası Lalə Nəsibovanın sözlərinə görə, övladları bu il fevral ayının 1-də işləmək məqsədilə Bakı şəhərinə gedib. Martın 23-ə kimi ailəsi ilə mütəmadi əlaqə saxlayan Amil sonuncu dəfə gizli nömrə ilə atasına zəng vurub: "Martın 23-də zəng vurub atasına gizli nömrə ilə deyib ki, ata, gələcəyəm, gedirik Türkiyəyə işləməyə. O vaxtdan da bizimlə əlaqəsi olmayıb. Nə zəng vurub, nə də xəbər var. Heç bir məlumatımız yoxdur".

 

Valideynləri bildirib ki, oğlanlarının yoxa çıxması ilə bağlı Qazax rayon Polis Şöbəsinə müraciət ediblər. Hazırda Amil Nəsibovun tapılması istiqamətində tədbirlər həyata keçirilir. Valideynləri oğlanlarını görənlərdən  055 443 30 84 nömrəli telefona zəng vurub məlumat vermələrini xahiş edirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv