Gəncəyə dolu yağdı
Gəncə şəhərinə dolu yağıb. APA-nın qərb bürosunun məlumatına görə, bu gün saat 17.10 radələrindən başlayaraq Gəncəyə yağan yağış sonradan doluya çevrilib.
Diametri 1-2 sm olan buz parçalarının yağması təxminən 5-10 dəqiqə davam edib.
Gəncə şəhər İcra Hakimiyyəti aparatından bildirilib ki, dolu şəhərdə fəsadlara səbəb olmayıb.