Avro-2016 azarkeşlərsiz keçirilə bilər

İyunun 10-da başlayacaq Avro-2016-nın bəzi oyunları azarkeşsiz keçirilə bilər. APA TV-nin məlumatına, bu barədə Avro-2016-nın Təşkilat Komitəsinin rəhbəri Jasqus Lambert açıqlama verib.

 

Hazırda bütün ehtimallar dəyərləndirilir. Səbəb isə gözlənilən terror təhlükəsidir. Komitə rəhbəri Fransada təhlükəsizlik tədbirlərinin gücləndirildiyini desə də, bunun yetərli olmadığını və riskə getmək istəmədiklərini dilə gətirib.

 

Çempionatda iştirak edən ölkələr də öz komandalarına və azarkeşlərinə görə narahatdır. Məsələn, Almaniya, sadəcə, milli komandanın futbolçularını qorumaq üçün 800 min avro pul xərcləyib.

 

Qeyd edək ki, futbol üzrə XV Avropa çempionatı iyunun 10-da axşam Bakı vaxtı ilə saat 11-də A qrupunda, ev sahibi Fransa ilə Rumıniya arasındakı oyunla başlayacaq. Qarşılaşmanın baş tutacağı “Stade-de France” stadionunda keçən ilin noyabrında Fransa ilə Almaniya oyunu oynanarkən terror aktı törədilmişdi.

Müəllif | Apa.Tv