Avro və rubl ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi artıb. Mərkəzi Bank dolların kursunu 1,5114 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7070 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi ucuzlaşıb. Hazırda 1000 Rusiya rublu 23 manat 50 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv