Tərtər və Füzulidə partlamamış mərmilər aşkarlandı
Tərtər və Füzuli rayonlarında partlamamış mərmilər aşkarlanıb. APA TV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilib.
Məlumata görə, iyunun 9-da Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat - 100 millimetrlik top mərmisi aşkar edilərək götürülüb. Füzuli rayonunun Horadiz şəhərində üç partlamamış hərbi sursat -120 millimetrlik minaatan mərmilər aşkarlanaraq götürülüb. Gün ərzində 5 700 kvadratmetr ərazi minalardan təmizlənib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.