Bakıda kartofla dolu yük maşını aşdı
Ötən gecə Nəsimi rayonunda yol qəzası baş verib, yük maşını aşıb.
APA TV-nin məlumatına görə, 20 yaşlı Samir İsgəndərov yük maşını ilə Ziya Bünyadov prospektində hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə kartofla dolu yük maşını əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra isə aşıb.
Xoşbəxtlikdən sürücü Samir İsgəndərov xəsarət almayıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Avtomobildə olan yük digər yük maşınına boşaldılıb. Sürücünün ifadəsi alınıb.
Qəzanın səbəbini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla əlaqədar araşdırmalar aparılır.