Sabirabad sakinindən narkotik vasitə və silah götürüldü

Sabirabad sakinindən narkotik vasitə, odlu və soyuq silah götürülüb.

 

APA TV-nin məlumatına görə, Sabirabad rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini, 42 yaşlı Qarayev Qaraş Adil oğlunun narkotik tərkibli çətənə kollarını satış məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə becərdiyi məlum olub.

 

Onun həyətində aqrotexniki qaydada becərdiyi və qulluq etdiyi 10 ədəd çətənə kolu aşkar edilib. Eyni zamanda yaşadığı evin zirzəmisinə baxış zamanı sintetik kisəyə qablaşdırılmış 6,8 kiloqram qurudulmuş marixuana, müvafiq sənədləri olmayan “Simson” markalı yivsiz ov tüfəngi və 2 ədəd xəncər tipli bıçaq aşkar edilərək götürülüb. Q.Qarayev şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv