Məhəmməd Əlinin cənazə namazında Ərdoğana hörmətsizlik edildi - REAL GÖRÜNTÜ

Məşhur boksçu Məhəmməd Əlinin vida mərasimində iştirak etmək üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə hörmətsizliklə qarşılaşıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Kəbə örtüyünün bir parçasını əfsanəvi idmançının tabutu üzərinə sərmək istəyib.

 

Kisvəni onun əlindən alan mərasimin təşkilatçıları daha sonra bunu özləri edəcəklərini deyiblər. Bundan sonra prezidentlə bərabər olan Türkiyə Dəyanət İşləri başqanı Mehmet Görməz Quran oxumaq istəyib, lakin buna da əngəl törədilib.


Bütün bunlardan başqa, cənazə namazı zamanı Ərdoğanın cangüdənləri ilə amerikalı qorumalar arasında mübahisə yaranıb.


Bundan sonra Ərdoğan Məhəmməd Əlinin dəfnində iştirak etmədən geri dönəcəyini bildirib. Bundan əvvəl isə o, Ahıska türklərinin verdiyi iftara qatılacaq.

Müəllif | Apa.Tv
Apa.tv