Bolqarıstanlı nazir: "Rusiya iqtisadiyyatda Avropaya, hərbi rəqabətdə NATO-ya uduzub"

Bolqarıstanın xarici işlər naziri Rusiyanın Avropa ilə iqtisadi, NATO ilə hərbi rəqabətdə uduzduğu qənaətindədir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nazir bu fikirləri Rusiya və Qərb dövlətlərinin mövqeləri ilə bağlı keçirilən dəyirmi masa zamanı çıxışında səsləndirib.

Daniel Mitov deyib ki, Rusiya hələ Sovetlər İttifaqı zamanından özünün dünyanın supergücü qismindəki rolunu bərpa etmək məqsədilə aktiv xarici siyasət yürüdür ki, çox zaman da bu aktivliyi ölkənin iqtisadi imkanları ilə üst-üstə düşmür.

Onun fikrincə, Rusiya Federasiyası Avropa ilə iqtisadi, Şimali Atlantika Alyansı ilə isə hərbi rəqabətdə artıq məğlub olub. Bolqarıstan xarici siyasət idarəsinin başçısı Mərkəzi və Şərqi Avropanın artıq Şərq və Qərbin ambisiyalarının toqquşduğu bir məkana çevrildiyini hesab edir: "Avropa özü öhdəlik yaratmalı, kimlərinsə əsirinə çevrilməməlidir".

Müəllif | Apa.Tv
Apa.tv