Saatlıda çətənə əkib-becərən şəxs yaxalandı
Saatlıda narkotik tərkibli bitkilərin əkilib becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, əldə olunmuş məlumat əsasında Saatlı polisi tərəfindən şəhərin Mikayıl Müşfiq küçəsində yaşayan Tarıverdi Ağaverdi oğlu Nəcəfova məxsus evə baxış keçirilib.
Baxış zamanı Tarıverdiyə məxsus yarımtikili evin döşəməsinin altında çətənə kolları tapılıb. Əraziyə baxış keçirilən zaman məlum olub ki, kollar xüsusi qaydada aqrotexniki qulluq edilməklə yetişdirilib.
Saxlanılan şəxs əməlini etiraf edib. Tarıverdi bu işlə çoxdan məşğul olduğunu bildirib və peşmançılığını dilə gətirib.
Faktla cinayət işi açılıb, araşdırma aparılır.