Türkiyədə dəhşətli qəza: 7 nəfər hadisə yerində öldü
Türkiyədə ağır yol qəzası baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Konya əyalətinin Ərikli şəhərində qeydə alınıb.
Ağırtonnajlı yük maşını ilə sərnişin mikroavtobusu toqquşub, nəticədə 7 nəfər hadisə yerində ölüb. Həyatını itirənlərin hamısı mikroavtobusun sərnişinləri və sürücüsü olub.