İstanbuldakı terroru PKK üzərinə götürdü
İyunun 7-də İstanbulun Veznecilər məhəlləsində törədilən terror aktını törədən təşkilat məlum olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, partlayışa görə məsuliyyəti PKK terror təşkilatının şəhər qolu olan TAK üzərinə götürüb. Terror qrupu bu barədə özünün internet səhifəsində açıqlama yayıb.
Qeyd edək ki, Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Hadisə nəticəsində 11 nəfər - 6 polis əməkdaşı, 5 mülki şəxs ölüb. Hadisə nəticəsində 36 nəfər yaralanıb. Yaralananlardan biri Azərbaycan vətəndaşı Murad Mirəliyevdir. Şamaxı rayonunda yaşayan, əslən Ahıska türkü olan M.Mirəliyev ayağından yaralanıb.