İrəvan erməniləri: "Bizim oğullarımızı zorla Qarabağa aparırlar"
"Bizim oğullarımızı Qarabağa zorla aparırlar, ora bizim torpaq deyil". APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bu bəyanatla Ermənistan prezidentinin iqamətgahının qarşısında övladları Azərbaycanın işğal olunmuş ərazilərində ölən valideynlər çıxış edib.
Aksiya Çexiya prezidentinin Ermənistana səfəri zamanı keçirilib.
Aksiyada qadınlar da iştirak edib. İki saata qədər davam edən aksiya zamanı polis onları mühasirəyə alıb və ölən hərbçilərin valideynlərini prezident iqamətgahının yaxınlığından uzaqlaşdırıblar.