Göyçaya yeni icra başçısı təyin olundu
Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifədən azad olunub.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Bu vəzifəyə Mehdi Səlimzadə təyin olunub. M.Səlimzadə bunadək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri olub.
M.Səlimzadə informasiyanı "APA-Economics"ə təsdiqləyib.