Samux sakinini sel apardı
Çaydan keçmək istəyən Samux sakini batıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri kəndi ərazisində qeydə alınıb.
Qaraçanaq kənd sakini, 50 yaşlı Kamil Yolçu oğlu İlyasov at arabası ilə Qoşqar çayını keçmək istəyərkən güclü su axını arabanı onun üzərinə aşırıb. Suda boğulan Kamil İlyasovun meyiti batdığı yerdən aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.