Ermənistana keçən qadın Azərbaycana qaytarıldı

Ermənistana keçən qadın Azərbaycan tərəfə qaytarılıb. APA-nın məlumatına görə, Gədəbəy sakini Qətibə Ələkbərova bu gün Azərbaycan tərəfə təhvil verilib.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildirilib ki, iyunun 7-də sərhədi keçən mülki Azərbaycan vətəndaşı bu gün BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub. O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.

 

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 7-də Ermənistana keçib. Araşdırma nəticəsində onun Qazax Rayonlararası Ruhi Xəstəxanasında Dispanser qeydiyyatında olduğu müəyyənləşib.

Müəllif | Apa.Tv
Apa.tv