MSK: Gülağa Aslanlı aktların əslini təqdim etmir

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Toplantıda MSK-nın 7 oktyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib. Sonra iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib. “Lakin həmin şikayətlərin istinad olunduğu müvafiq aktların əsilləri deyil, sürətləri təqdim olunduğundan şikayətin hüquqi baxımdan əsası olmadığı qənaətinə gəlinməlidir. Çünki qanunvericiliyə uyğun olaraq araşdırma aparılması üçün sənədin əsli təqdim olunmalıdır”. 


MSK katibi əlavə edib ki, G. Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və o aktları gətirməsi istənilib. Komissiya Gülağa Aslanlının bu müraciətini təmin etməyib.

 

Müəllif | Apa.Tv