Gürcüstan NATO təlimlərinə qatılmaqdan imtina etdi, Polşa izahat tələb edir

Gürcüstan tərəfi NATO təlimlərində iştirak etməkdən imtina edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Anakonda - 2016" hərbi təlimləri Polşa ərazisində iyunun 6-da start götürüb.

Bununla əlaqədar rəsmi Varşava Gürcüstan hökumətindən izahat tələb edir. "Gürcüstan bu təlimlərə dəvət olunmuşdu, amma onlar gəlmədi. Biz bunun səbəbini bilmək istəyirik", - deyə, Polşa Silahlı Qüvvələrinin komandanı Petr Valatek bildirib.

Gürcüstanda bu qərar iyunun 9-da ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilən konsiliumda verilib.


Qeyd edək ki, mayın 23-də Gürcüstanda Şimali Atlantika blokunun hərbçiləri təlimlər keçiblər. Həmin təlimlərə alyansın böyük hərbi kontingenti iştirak edib.

 

Hazırda Polşada keçirilən 10 günlük "Anakonda -2016" təlimlərinə isə  NATO üzvü olan ölkələrdən 31 mindən çox hərbçi qatılıb.
 



 

Müəllif | Apa.Tv
Apa.tv