Suraxanıda sərxoş ər arvadını bıçaqladı

Suraxanı rayonunda sərxoş ər arvadını bıçaqlayıb. APA TV-nin xəbərinə görə, polis tərəfindən saxlanılan Bərdə rayonunun Nəzirli kənd sakini Seymur Bəylər oğlu Sultanov həyat yoldaşını bıçaqladığını etiraf edib.

 

Krosna antenalarının ustası kimi çalışan təqsirləndirilən şəxs həyat yoldaşı ilə iki ilə yaxın ayrı yaşayıblar. Səbəb Bəylərin spirtli içkiyə aludə olması olub. İki il müalicə alsa da, o, yenidən içməyə başlayıb. 4 uşaq atası olan Bəylərin həyat yoldaşı Cəmalə ərini axtarıb tapıb və yenidən onunla yaşamaq istədiyini bildirib. Lakin Bəylərin yenidən sərxoş halda evə gəlməsi qadını hövsələdən çıxarıb. Arada tez-tez mübahisələr yaranıb: "Gördüm yenə saymamazlıq edir, üzünü çevirib o yana gedir. Çıxartdım bıçağı vurdum. Öldürmək məqsədilə deyil, qorxuzmaq istəyirdim".

 

Saxlanılan şəxsin sözlərinə görə, indi etdiyi əmələ görə peşmançılıq çəkir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv